loading...

4 erməni azərbaycanlını döyüb öldürüb basdırdı - TƏFƏRRÜAT

4 erməni azərbaycanlını döyüb öldürüb basdırdı - TƏFƏRRÜATQətlə yetirilən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Muradovdur


Rusiyanın Sankt-Peterburq şəhərində ermənilər tərəfindən qətlə yetirilən 39 yaşlı azərbaycanlının şəxsiyyəti məlum olub.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qətlə yetirilən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü A.S. Muradovdur.

Azərbaycan vətəndaşının qətlinin bəzi təfərrüatları da məlum olub. Belə ki, mətbuatda qətlin milli münaqişə zəminində baş verdiyi yazılsa da, Rusiya hüquq-mühafizə orqanları bu ehtimalı təsdiq etməyiblər.

Məlum olub ki, A. Muradovun Sankt-Peterburqda ticarət obyektləri olub. O, tanışı olduğu ermənidən borc pul alıb, lakin geri qaytarmayıb.

Bir müddət sonra ermənilər A. Muradovdan borcu qaytarmağı tələb ediblər. Erməni Arakelyan, Tadevosyan, Babayants və Ordelyan adlı şəxslər A. Muradovla sentyabrın 14-ə görüş təyin ediblər. Görüş zamanı onların arasında mübahisə düşüb. Ermənilər A. Muradovu döyərək öz "Volkswagen" avtomobilinin yük yerinə qoyublar və Moskva şossesindən 2 kilometr aralıda yerləşən Qırmızı Bor qəsəbəsinə aparıblar. Orada ermənilər azərbaycanlıya 13 bıçaq zərbəsi vuraraq öldürüblər. Sonra cəsədi basdırıblar, mərhumun avtomobilini isə yandırıblar.

Mərhumun itkin düşməsi barədə məlumatı polisə onun həyat yoldaşı verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Muradov itkin düşməyib, qətlə yetirilib. Faktla bağlı cinayət işi açılıb. Qətldə təqsirləndirilən Arakelyan və Tadevosyan barəsində həbs-qətimkan tədbiri seçilib, Babayantsla Ordelyan isə başqa yerə getməmək barədə iltizam alınaraq sərbəst buraxılıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər