Sabahdan 190 manatlıq yardımın ikinci ay üçün ödənməsinə başlanılacaq
Tarix: 11-05-2020, 15:02
Baxılıb: 586
Google+ Paylaş
Tumblr Paylaş

Sabahdan 190 manatlıq yardımın ikinci ay üçün ödənməsinə başlanılacaq

11-05-2020, 15:02

Sabahdan 190 manatlıq birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılacaq.
Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, artıq birdəfəlik ödəmə alan şəxslərə bank kartlarının verilməsinə başlanılıb: “Bu prosesə bütün banklar səfərbər olunub. Kartların təqdim edilməsi prosesi davam edir. Mayın 12-dən başlayaraq, aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara ödəniləcək. İstirahət günlərinə düşdüyü üçün sabah həm 9, həm 10, həm 11, həm də ayın 12-si üçün birdəfəlik ödəmə veriləcək. May ayının sonuna qədər ödənişlər bütün kartlara ödənəcək”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ