“Həbsxanalarda məhkumlara xüsusi geyim verilir” - RƏSMİ
Tarix: 11-05-2020, 14:14
Baxılıb: 574
Google+ Paylaş
Tumblr Paylaş

“Həbsxanalarda məhkumlara xüsusi geyim verilir” - RƏSMİ

11-05-2020, 14:14

“İstintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərə geyim verilməsi ilə bağlı heç bir problem yoxdur”.
Bunu Musavat.com-un Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə karantin rejimi ilə əlaqədar yaxınları tərəfindən gətirilən geyimlərin qəbul edilməməsi ilə bağlı sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən deyiblər.
İdarədən bildirilib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərə xüsusi geyim verildiyi üçün kənardan geyim gətirilməsinə ehtiyac yoxdur.
“Azadlıqdan məhkum edilmiş və cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar qanunvericiliyə görə müəyyən edilmiş normalara uyğun olaraq xüsusi geyimlə təmin edilirlər” - deyə Penitensiar Xidmətin məlumatında bildirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ