İcra hakimiyyəti polis və prokurorluğa müraciət etdi - MƏSƏLƏ ARAŞDIRLACAQ
Tarix: 11-05-2020, 13:33
Baxılıb: 974
Google+ Paylaş
Tumblr Paylaş

İcra hakimiyyəti polis və prokurorluğa müraciət etdi - MƏSƏLƏ ARAŞDIRLACAQ

11-05-2020, 13:33

11 may 2020-ci il tarixdə səhər saat 03:04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanıb.
Publika.az xəbər verir ki, kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilib. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilib.
Həmçinin Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a bildirilib ki, Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Nazirliyin mətbuat katibi İradə İbrahimovanın verdiyi məlumata görə araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub. İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, xəlvəti şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir. "Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ