loading...

Türkiyə “Qazprom”u beynəlxalq məhkəməyə verdi

Türkiyə “Qazprom”u beynəlxalq məhkəməyə verdiTürkiyənin dövlət şirkəti BOTAŞ beynəlxalq arbitraj məhkəməsində Rusiyanın təbii qaz inhisarçısı “Qazprom”a qarşı iddia qaldırıb.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, səbəb qiymət məsələsində tərəflərin razılığa gələ bilməməsidir.

BOTAŞ 2014-cü il dekabrın 29-dan bəri Rusiyadan aldığı təbii qazın qiymətinə yenidən baxılmasını tələb edir. Hər iki ölkə 2014-cü ildə qazın qiymətində endirim edilməsində anlaşıb, lakin bu məsələ “Türk axını” boru kəmərinin tikintisindən asılı vəziyyətə gətirilib. Bu il iyulun sonlarında “Türk axını”nın tikintisi üzrə danışıqların dondurulduğu açıqlanıb. Bunun səbəblərindən biri kimi Rusiyanın endirimə getməməsi göstərilib.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun "Doğan" xəbər agentliyinə açıqlamasında oktyabrın 26-da beynəlxalq arbitraja rəsmi müraciət etdiklərini bildirib: "Biz qiymətlərin yüksək olduğunu söylədik və endirim istədik. Əvvəlcə Rusiya tərəfi ilə bu barədə razılaşdıq, lakin müqavilədə nəzərdə tutulduğu vaxt ərzində danışıqlar yekunlaşsa da, razılaşma imzalanmadı. Son bir ayda intensiv yazışma aparırdıq, lakin bir nəticəsi olmadı. Müəyyən dövr ərzində arbitraja getmək hüququmuz vardı və bundan istifadə etdik. Müraciətimizdə bizə satılan təbii qazın qiymətinin Avropadakı qiymətlərə eyni olmasını tələb etdik. Yəni, hazırda Rusiya ilə arbitrajdayıq".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər