Pandemiyanın ən çox zərər çəkən ölkələr hərəkətə keçdi - Bundan sonra...
Tarix: 11-05-2020, 11:05
Baxılıb: 665
Google+ Paylaş
Tumblr Paylaş

Pandemiyanın ən çox zərər çəkən ölkələr hərəkətə keçdi - Bundan sonra...

11-05-2020, 11:05

COVİD-19 pandemiyasından ağır zərbələr alan Avropa ölkələri iqtisadi və sosial həyata yönəlik ən genişmiqyaslı geridönüşə bu gün başlayır.
Publika.az xəbər verir ki, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrə, Yunanıstan, İspaniya və Danimarkada ticarət mərkəzləri, məktəblər və bəzi digər sahələrdə ikinci açılış mərhələsinə keçid elan edilib.
Ölkədən-ölkəyə dəyişən açılış prosesində kafe və restoranlar, mağazalar, kitabxanalar və küçə bazarları açılacaq.
Məqsəd iqtisadiyyatı və sosial həyatı canlandırmaqdır.
Fransada paytaxt Parisdən başqa, bütün şəhərlərdə 40 min kv/m-dən böyük ticarət mərkəzləri bu gün fəaliyyətə başlayacaq. 2 iyunda ölkədə pandemiyanın vəziyyətinə yenidən baxılacaq.
Almaniyada 11 maydan etibarən məktəbəqədər təlim-tərbiyə müəssisələri açılacaq. Üstünlük işləyən ailələrin övladlarına veriləcək. Daha sonra orta məktəbi bitirib ümumtəhsil siniflərində davam edəcək uşaqlar məktəbə gedəcək. Opera, muzey və sərgi salonlarının, kafe və restoranların da açılışı nəzərdə tutulub.
İspaniyada əhalinin 51%-i bu gündən etibarən ikinci mərhələ normallaşdırma prosesinə keçəcək. Pandemiyanın ən çox zərər vurduğu şəhər olan Madriddə qadağaların yumşaldılması isə nəzərdə tutulmayıb.
İngiltərədə küçəyə çıxma qadağası mərhələli şəkildə götürüləcək. Hazırda biri alış-veriş, digəri idman məqsədilə gündə iki dəfə küçəyə çıxma icazəsi verilən ölkədə qadağanın daha da yumşaldılması ehtoimal edilir.
Bəzi mağaza və iş yerlərinin 4 mayda açıldığı və ictimai nəqliyyatın bərpa edildiyi Belçikada bu gündən bütün mağazalar fəaliyyətini bərpa edəcək. Müştərilərə yarım saat içəridə qalmaq icazəsi veriləcək. 18 mayda isə məktəblər açılacaq.
Niderland 1 sentyabra qədər 1,5 metr məsafə və gigiyenik qaydalara riayət etmək şərtləri ilə qadağaları yumşaldacaq. Bu gündən etibarən bərbər, gözəllik salonları, sürücü kursları və reabilitasiya mərkəzləri işləyəcək. Kitabxana, ibtidai sinif, məktəbəqədər təhsil ocaqları açılacaq.
İsveçrədə digər ölkələrdəki tədbirlərlə yanaşı, ictimai nəqliyyat fəaliyyətini bərpa edəcək.
Danimarkada ticarət mərkəzləri işini davam etdirəcək.
Yunanıstanda xırdavat, ayaqqabı, mebel, kosmetika və ikinci əl əşya mağazaları açılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ