Karantini pozan daha 1263 sürücü cərimələndi
Tarix: 11-05-2020, 10:59
Baxılıb: 619
Google+ Paylaş
Tumblr Paylaş

Karantini pozan daha 1263 sürücü cərimələndi

11-05-2020, 10:59

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Publika.az BDYPİ-nə istinadən xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.05.2020-ci il saat 00:00-dan 11.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 263 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 51 437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ