Prezident və birinci xanım Fəxri xiyabanda
Tarix: 10-05-2020, 12:30
Baxılıb: 742
Google+ Paylaş
Tumblr Paylaş

Prezident və birinci xanım Fəxri xiyabanda

10-05-2020, 12:30

Mayın 10-da, xalqımızın xilaskar oğlu Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.
Sonra dövlətimizin başçısı və xanımı ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Prezident və birinci xanım görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ