MMA döyüşçüsü maska taxmasını tələb edən qadını döydü - VİDEO
Tarix: 9-05-2020, 22:57
Baxılıb: 502
Google+ Paylaş
Tumblr Paylaş

MMA döyüşçüsü maska taxmasını tələb edən qadını döydü - VİDEO

9-05-2020, 22:57

Qarışıq döyüş sənətləri (MMA) üzrə məşqçi mağazada ondan maska taxmasını tələb edən satıcını döyüb.
Müşahidə kameraları tərəfindən qeydə alınan görüntüləri “Primeçaniye” portalı dərc edib.
Bildirilir ki, hadisə Krımda qeydə alınıb.
Kadrlarda görünür ki, mağazaya ağzında maska olmayan bir kişi və qadın daxil olub, nəsə almaq istəyir. Ancaq onlara imtina cavabı verilir. Cütlük çıxır və bir müddət sonra yenə qayıdır. Gənc məşqçi satıcıya yaxınlaşaraq, onun üzünə tüpürür və çıxır. Bu vaxt satıcı onların arxasınca qaçaraq, idmançıya bir neçə dəfə zərbə vurur. Bundan sonra MMA döyüşçüsü qadını döyməyə başlayır.
Hadisədən sonra idmançı saxlanılıb. Polis yoxlamalara başlayıb.
Oxu.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ