Ərzincanın Kəmaliyə rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Publika.az "IHA"ya istinadla xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Bildirilib ki, yeraltı təkan yerli vaxtla 18:41-də qeydə alınıb.
Zəlzələ yerin 7.52 kilometr dərinliyində olub. Tuncəli və Elazığda da hiss edilib.