“6-12 apreldə koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, sərt karantin rejimindən çıxdıqca ikinci dalğaya doğru bir artış gözlənilir: “Biz bu dalğaya əvvəlcədən hazırıq. Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.