loading...

Canavarlar çobanları ağır yaraladı

Canavarlar çobanları ağır yaraladıAğsu rayonunda canavarlar yerli sakinlərə hücum edib, iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Tezadlar.az" xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə axşam saatlarında rayonun Padar və Növcü kəndləri arasındakı otlaq sahəsində baş verib. Padar kənd sakini, 1981-ci il təvəllüdlü Bəhramov Behruz İsa oğlu və Növcü kəndində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Məhərrəmov İlham Amil oğlu otlaq sahəsindən qoyunları kəndə apararkən qəflətən canavarların hücumuna məruz qalıblar.
Hücum nəticəsində onlar boğaz və üz nahiyyəsindən xəsarət alıblar. Yaralılar qohumları tərəfindən Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsindən bildiriblər ki, xəstələr əməliyyat olunub, onların vəziyyəti ağır olaraq qalır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər