İtləri dalaşan qonşular arasında qan düşdü - ata-bala bıçaqlanaraq öldü
Tarix: 9-05-2020, 11:02
Baxılıb: 1 124
Google+ Paylaş
Tumblr Paylaş

İtləri dalaşan qonşular arasında qan düşdü - ata-bala bıçaqlanaraq öldü

9-05-2020, 11:02

Türkiyənin Konya şəhərində itləri dalaşan iki qonşu arasında mübahisə yaranıb.
“Anadolu” agentliyi xəbər verir ki, 54 yaşlı Mehmet Z. ilə 58 yaşlı Erol F.-nın itləri dalaşıb.
Bu zaman Erol F.-nın 24 yaşlı oğlu Furkan F. heyvanları sakitləşdirmək üçün havaya ov tüfəngi ilə atəş açıb.
İtini 18 yaşlı oğlu ilə aparmağa gələn Mehmet Z. Furkan F. ilə mübahisə edib. Mübahisə bıçaqlı davaya çevriləndə Mehmet Z. bıçaqla Furkan F.-nı və onun atası Erol F.-nı bıçaqlayıb.
Nəticədə hər ikisi ölüb, digər ata-oğul isə yaralanaraq xəstəxanaya yerləşdirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ