loading...

Azərbaycanlı fahişələr Türkiyədən qovuldu

Azərbaycanlı fahişələr Türkiyədən qovulduTürkiyədə fahişəliklə məşğul olan Azərbaycan vətəndaşları deportasiya edilib.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, hadisə Qaraman rayonu ərazisində qeydə alınıb.

Türk polisi əməkdaşlarına əcnəbi qadınları pul qarşılığında cinsi istismara məruz qalması barədə şikayət daxil olub. Dərhal əməliyyat aparan polis əməkdaşları 4 nəfər təşkilatçı olmaq şərtilə 7 qadını saxlayıblar. Onlardan biri əcnəbi olub. Saxlananlardan 3 Azərbaycan vətəndaşı qadını ölkədən çıxarılıb, digərləri isə həbs ediliblər. Ölkədən çıxarılan azərbaycanlılar - 34 yaşlı H.M, 43 yaşlı A.S və 36 yaşlı A.B-dır.

Tibbi müayinədən keçirilən qadınlardan 43 yaşlı A.S.-da “frengi” adında cinsi yolla keçən xəstəlik aşkarlanıb.

Bundan əvvəl də bu ilin yanvar ayında Türkiyədə fahişəliklə məşğul olan qadınlar saxlanılıb.Vanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan 15 nəfər, onları bu işə məcbur edən 14 nəfər saxlanılıb.

7 ünvana eyni zamanda edilən basqın zamanı saxlanılan 15 nəfərdən 8-i Rusiya, biri Gürcüstan, biri isə Azərbaycan vətəndaşları olublar.

Qadınları istismar edənlər arasında da azərbaycanlı olub.

Səhiyyə ocağına aparılan qadınlar yoxlamadan keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşı qadının QİÇS virusu daşıdığı ortaya çıxıb. Onun daha öncə Türkiyədən deportasiya edildiyi, lakin qanunsuz yollarla yenidən ölkəyə giriş etdiyi bəlli olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər