loading...

MM üzvlərinin nəqliyyat “ekspertliyi”nin bir sıra məqamları

MM üzvlərinin nəqliyyat “ekspertliyi”nin bir sıra məqamları




Cəmiyyətdə insanların yeri dəyişik düşəndə aləm həqiqətən də bir-birinə qarışır. Ədəbiyyat sahəsində çalışan adam texniki elmlərdən danışanda istər-istəməz dodağın qaçır, gülüşünü gizlədə bilmirsın. Ya da bir də görürsən ki, hansısa deputat gecə yuxusunu qarışdırır. Bunun nəticəsində səhəri gün parlamentdə durub deyir ki, gəlin kosmosa metro çəkək. Rəhmətlik Qabil demişkən, müsibət oluruq biz, səhv düşəndə yerimiz.
Artıq bir neçə gündür ki, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsi davam edir. İldə, ayda bircə dəfə öz seçicilərini yada salmayan bəzi deputatlar qollarını çırmayıb namizədliklərini irəli sürdükləri rayonlara, bölgələrə üz tutublar, özlərinə sözün əsl mənasında əl qatıblar. Ürəklərində isə öz-özlərinə, “buralar necə də darıxdırıcıdır, bircə mənə səs verin, sonra sizi tanımayacam” – deyən bəzi mandat iddialıları indi vətəndaşlara hər cür yağlı vədlər verirlər. And-aman edirlər ki, deputat seçilsələr, həmin rayonlarda qurd quzu ilə otlayacaq, noyabrda güllər çiçək açacaq. Onlara səs verən insanlar yağ-böyrək içində yaşayacaqlar. Təki noyabrın 1-də keçiriləcək seçkilərdən sonra adları qutudan çıxsın.
Amma axı iş bununla bitmir. Gərək bu təbliğat dövründə elə təkliflər verəsən ki, bununla gündəmə gələsən. Desinlər ki, bax, filankəs necə orijinal təklif verib?! Bu adam dünyanı düzəldəcək. Belə təkliflər irəli sürən deputat gör nələr edər e!
Ancaq bəzi deputatlar təəsüflər olsun elə təkliflərlə çıxış edirlər ki, “bişmiş toyuğun gülməyi gəlir”.. Bu cür təkliflərdən biri də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması ilə bağlıdır. Əslində bu təklifin kimlər tərəfindən, hansı məqsədlə, məhz belə bir vaxtda, özü də NİİM-in Daxili İşlər Nazirliyinə verilməsi şoxlarına məlumdur. Kimlərinsə qulağına söz çatmışdı ki, hansısa məmur guya işdən gedir. Bunlar da seçki kampaniyası dövründə gündəmə gəlmək, seçicilərinin gözünə işləyən deputat kimi görünmək üçün təklif edirlər ki, NİİM Nəqliyyat Nazirliyindən alınsın. Belələri son vaxtlar insanların problemləri ilə maraqlanmayan, cəlbedici, qeyri-ciddi təkliflərlə gündəmdə olmağa çalışan deputatlardır. Onlar Milli Məclisdə tez-tez o qədər də real olmayan təşəbbüslər irəli sürürlər.
Seçicilərinə fayda verməyən, onların sosial problemlərinin həlli ilə məşğul olmayan deputatlar özlərinə aidiyyəti olmayan nəqliyyat sahəsi ilə bağlı “təkliflər” irəli sürməklə bu sahəyə boylanan, nazir vəzifəsində gözü olan ayrı-ayrı şəxslərin maraqlarına xidmət edirlər. Hansısa işlərlə məşğul olan bəziləri, seçiciləri seçkidən-seçkiyə yada salan deputatlar indi onun-bunun qapısına gedib vətəndaşlardan seçki günü onlara səs vermələrini xahiş edirlər. Xahiş edirlər ki, növbəti 5 ildə də Milli Məclisdə mandat gəzdirib, öz işləri ilə məşğul olsunlar. Yenə də çirkin planlarını reallaşdırsınlar, onun-bunun qara piarını aparıb, cəmiyyətdə nüfuzdan salmağa çalışsınlar. Bu cür deputatlar seçildikləri dairələrə ancaq seçki dövründə gözdən pərdə asmaq üçün gedirlər. Təki səs toplasınlar, insanlardan dəstək alıb onları aldatsınlar.
Elə insanlar da var ki, onlar kimlərinsə sifarişlərini yerinə yetirir, hansısa vəzifəli şəxslərin gözdən salınması istiqamətində kampaniyada yer alırlar. Amma seçici də kimin kim olduğunu çox gözəl bilir. Buna görə də mənasız işlərlə məşğul olanlar bilməlidir ki, bu cür “təşəbbüs”lərlə gündəmə gəlmək olar, amma gülüş doğuran formada.
Ona görə ki, istər deputat olsun, istər partiya sədri, istərsə də hansısa şəxslərin əlaltısı, başın çıxmadığı sahədən danışıb mənasız təkliflər verəndə bilməlisən ki, özünü gülməli vəziyyətə salırsan. Axı sənin başın nə çıxır nəqliyyat nədir, onun intellektual idarəetməsi nə? Mərhələli şəkildə həyata keçirilən bu sistemin mahiyyətini bilirsinizmi? Mərkəzin fəaliyyət başlamasından sonra nəqliyyat xidmətlərinin necə keyfiyyətlə təşkil olunmasından, tıxacların ötən illərlə müqayisədə dəfələrlə azalmasından xəbəriniz varmı? Xəbəriniz yoxdursa, barı qaranlıq işlərlə məşğul olmağınızı dayandırıb, açın bu sahədəki yenilikləri oxuyun, tanış olun. Sizlərdə hansı biriniz nə vaxtsa seçildiyiniz dairənin problemlərini dövlət strukturları qarşısında qaldırdınız? Bəyəm problemlər ancaq seçkidə yada düşür? Olmaya insanlara “sevginiz”, “qayğınız” ancaq seçkidə aşıb daşır.
Xəbər verdiyimiz kimi, nəqliyyat naziri Ziya Məmmədov ötən həftə Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinlədi. Vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verdi. Millət vəkili Arif Rəhimzadə də nazirin qəbuluna gəlib və nazirdən əhalinin istəyi ilə Neftçala-Salyan yolunun əsaslı təmir olunmasını xahiş etdi. Arıf müəllim etibar edib ona səs verən insanların sözünü çatdırmaq üçün gəldi. Ən azından bu insan öz seçicilərinin problemlərinin həll etməyə çalışır... Bu üzdən qəribə təkliflər səsləndrməklə işini bitmiş sayan deputatlara səslənirik: - “Gözünüzə su verin!” Bəs siz indiyə qədər seçiciləriniz üçün nə etmisiniz?
Faydasız təkliflər verib kimlərinsə əlinə oynamaqdansa, iş görmək lazımdır. O təkliflərdən biz jurnalistlər də verə bilərik. Məsələn, deyərik ki, parlamentdə faydasız işlərlə məşğul olan, iclasları Milli Məclisin çayxanasında keçirən, həftə ərzində cəmi 1 dəfə - 4 saat müddətinə keçirilən iclaslara səbri çatmayan deputatlar MM-in tərkibindən çıxarılsın. Bunu uşaq da da bilir ki, orada 25-30 nəfər 125 nəfərin yerinə işləyir. Hə, necədir?
İşə bax, ictimai nəqliyyatdan istifadə etməyənlər ictimai nəqliyyatdan danışır. Sual ortaya çıxır: - siz sonuncu dəfə nə vaxt avtobusdan istifadə etdiniz, ictimai nəqliyyatdan yararlandınız ki..?
Millət vəkili sözü millətin vəkili olan şəxslərə deyilir. Faydasız təkliflərlə gündəmə gəlməyə çalışan, hansısa şəxsi işləri ilə məşğul olub seçicilərini 5 ildə bir dəfə yada salanlara yox.
Təəssüf ki, nəqliyyat sahəsində “ekspert” kimi görünmək istəyənlər təkcə deputatlar deyil. Belələri arasında digər sahənin mənsubları, hətta hüquqşünaslar da var. Əvvəllər hansısa radilar bir-iki dəfə bunlardan nəqliyyat üzrə açıqlama aldı. Bəziləri elə başa düşdülər ki, guya həqiqətən “ekspertlərdir”. Buna görə da başlayblar sağdan və soldan baltalamağa. Daha başa düşmürlər ki, danışdıları taftalogiyadır. Üç cümlələrindən ikisinin nəqliyyata dəxli yoxdur. Adama deyərlər, ay “ekspert”, niyə gedib hüquq sahəsi ilə məşğul olmursan?
Gedin işlərinizlə məşğul olun, cənablar. Bəlkə öz sahənizdə nəyəsə yaradınız.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər