“Siqaret koronavirusdan qorumur”
Tarix: 9-05-2020, 02:23
Baxılıb: 1 099
Google+ Paylaş
Tumblr Paylaş

“Siqaret koronavirusdan qorumur”

9-05-2020, 02:23

Siqaret koronavirusun (COVID-19) yaratdığı yoluxucu xəstəlikdən qorumur və daha ağır xəstəlik riskini artırır.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove bildirib.
“Siqaretin ziyanı hər kəsə yaxşı məlumdur. Hər il milyonlarla insanın tütün istifadəsindən öldüyünü bilirik. COVID-19 tənəffüs xəstəliyidir və siqaret çəkmək ağciyərlərə zərər verir.
Bir sıra tədqiqatlar göstərir ki, siqaret çəkənlər infeksiyaya yoluxan zaman onların xəstəlik dövrü ağır keçir, süni nəfəs aparatına ehtiyacları olur. Çox zaman reanimasiya şöbəsinə yerləşdirilirlər və onların ölüm riski daha yüksək olur.”-deyə, o bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ