Dövlət tərəfindən verilən yardımlara göz dikənlər cəzalandırılmalıdır - DEPUTAT
Tarix: 8-05-2020, 23:18
Baxılıb: 421
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət tərəfindən verilən yardımlara göz dikənlər cəzalandırılmalıdır - DEPUTAT

8-05-2020, 23:18

“Hər bir məmur başa düşməlidir ki, belə ağır vəziyyətdə heç bir insanın haqqına girmək olmaz. Əsas məsələ də ondan ibarətdir ki, bu həssas təbəqədir. Əgər bu şəxslər dövlət tərəfindən verilən yardım vəsaitinə göz dikirlərsə, birmənalı şəkildə öz cəzasına çatmalıdırlar. Belə də olur”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin dünyaya Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixi keçmişi və zəngin ənənələrini çox qədim mədəniyyətə malik bir xalq olduğumuzu təqdim etdiyi bir vaxtda bu cür hərəkətlər yolverilməzdir və xalqa xəyanətdir:
“Hüquq-mühafizə orqanları və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar da bir daha göstərir ki, bu şəxslər həbs olunmalıdır. Dövlətə və xalqa qarşı xəyanət edən şəxslər təcrid olunmalıdırlar. Çünki belə bir ağır vəziyyətdə bu, ən mühüm məsələ olan dövlətə xəyanət qədər bir addımdır. Eyni zamanda bu şəxslər Cinayət Məcəlləsinin bir sıra maddələri ilə, o cümlədən “rüşvət alma və vermə”, eyni zamanda “qanunsuz fəaliyyət və vəzifə səlahiyyətindən sui-istfadə etmə” kimi maddələrlə cinayət etmiş olurlar. Məhz buna görə də korrupsiyaya qarşı mübarizə güclənib və daha da güclənəcəkdir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ