Maskasız sərnişinlər sərnişin qatarlarından istifadə edə bilməyəcək
Tarix: 8-05-2020, 23:16
Baxılıb: 469
Google+ Paylaş
Tumblr Paylaş

Maskasız sərnişinlər sərnişin qatarlarından istifadə edə bilməyəcək

8-05-2020, 23:16

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.
APA xəbər verir ki, bu barədə QSC-nin yaydığı xəbərdarlıqda deyilir.
Bildirilir ki, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək: "Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ