loading...

İlham Əliyev Sumqayıtda iki zavodun açılışında iştirak etdi

İlham Əliyev Sumqayıtda iki zavodun açılışında iştirak etdiPrezident İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Əvvəlcə dövlət başçısı “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun açılışını edib.

Zavodun fəaliyyəti haqqında prezidentə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.

O bildirib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.

Zavodu işə salan prezident İlham Əliyev burada istehsal prosesinə baxıb.

İlham Əliyev “Azertexnolayn” zavodunu işə salır

Daha sonra ölkə başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev İlham Əliyevə görüləcək işlər barədə məlumat verib.
Rövnəq Abdullayev prezidentin diqqətinə çatdırıb ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.
İlham Əliyev yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində
Daha sonra İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib. Prezident zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.

Dövlət başçısı zavodun kollektivi ilə görüşübБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər