Gəncədə əməliyyat - Tutulanlar var
Tarix: 8-05-2020, 12:10
Baxılıb: 516
Google+ Paylaş
Tumblr Paylaş

Gəncədə əməliyyat - Tutulanlar var

8-05-2020, 12:10

Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də tutulub.
Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar.
Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ