Modul tipli xəstəxanalar bizə müharibədə də lazım olacaq
Tarix: 8-05-2020, 10:24
Baxılıb: 445
Google+ Paylaş
Tumblr Paylaş

Modul tipli xəstəxanalar bizə müharibədə də lazım olacaq

8-05-2020, 10:24

Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq; hərbi ekspert: “Hazırlıq olmalıdır, görürük ki, hərbi rəhbərlik də, səviyyə sistemi də hazırlıqlardan danışır”

Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan koronovirus pandemiyası ilə mübarizədə nümunə göstərilən ölkələr sırasındadır. COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı da nümunə kimi təqdim edir. Bu mənada virusa qarşı daha effektli mübarizə aparılmasından ötrü operativ şəkildə yeni xəstəxanaların tikilməsi də dövlətimizin növbəti uğurudur. Hazırda ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.
 
Ramin Bayramli: 'Karantin rejiminin yumsaldilmasi ile bagli ...
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ilk xəstəxana üçün təlimlər başa çatdırılıb. Personal hazır vəziyyətdədir. Onun sözlərinə görə, karantin rejimini yumşaltdıqca gələcəkdə infeksiyanın ikinci dalğasının baş verə bilməsi ehtimalını düşünərək bu addımlar atılır və çarpayı fondu daha da zənginləşdirilir. R.Bayramlı deyib ki, “modul tipli xəstəxanaların quraşdırılması ikinci dalğa təhlükəsi ilə bağlıdır”. Amma TƏBİB-in rəhbəri bildirib ki, təhlükənin səviyyəsindən asılı olaraq modul xəstəxanaların hansı müddətə qalacağı barədə qərar veriləcək. R.Bayramlı bir məsələni də xüsusi vurğulayıb: “Ölkəmiz müharibə şəraitindədir və bu xəstəxanaları istənilən yerdə və vaxtda açaraq istifadə edə bilərik”.
Qeyd olunduğu kimi, modul tipli xəstəxanalar həm də rayonlarda tikilir. Deməli, bu təkcə “görünməz düşmən”lə-koronavirusla müharibəyə hazırlıq məqsədi daşımır, həm də 30 ilə yaxındır Azərbaycan ərazilərini işğalda saxlayan düşmənlə savaşa hazırlıq üçündür. Konkretləşdirsək, deməli, Azərbaycan ciddi şəkildə müharibəyə hazırlaşır... Hər halda, ordu rəhbərliyinin son günlər davamlı şəkildə qoşunların təmas xəttinə səfərlər etməsi, cəbhə bölgəsində hərbi kazarmaların tikilməsi və digər addımlar da bu ehtimalı gücləndirir.
Azad İsazadə: “Uşaqların internetdən istifadəsi nəzarət altında ...
Tanınmış psixoloq və  hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a dedi ki, TƏBİB-in rəhbərliyi dolayı yolla xəstəxanaların sayının artırılmasından bəhs edərkən təqribən “sabah biz yaralıları da müalicə edə bilərik” mesajını göndərib: “Amma bir neçə gün öncə Azərbaycanın müdafiə naziri birbaşa demişdi ki, Azərbaycan Silahlı Qüvvələri müharibəyə hazır olmalıdır. Deməli, biz bir neçə mənbədən hazırlıq tədbirlərinin görülməsini müşahidə edirik. Üstəlik, əks tərəfdən eşidirik ki, ”biz heç bir rayonu qaytarmaq fikrində deyilik, bu barədə söhbət gedə bilməz". Ərazilərin dinc yolla qaytarılmasından söhbət getmədiyi halda, sözsüz ki, “yumruq” söhbəti başlayır. Biz buna hazır olmalıyıq. Müharibəni kim, necə başlayacaq, təxribat olacaq, ya planlı şəkildə əməliyyatlar aparılacaq, bunlar ikinci dərəcəli məsələdir. Amma hazırlıq olmalıdır. Biz indi görürük ki, hərbi rəhbərlik də, səviyyə sistemi də hazırlıqlardan danışır. Amma bu gün yəqin ki, ən vacib hazırlıqları Xarici İşlər Nazirliyi həyata keçirməlidir. Yəni diplomatik müstəvidə Qərb, ABŞ, Rusiya demirik ki, bizə dəstək olsunlar, heç olmasa maneçilik törətməsinlər. Ya bu məsələni həll etsinlər, ya da bizə mane olmasınlar!" A.İsazadə dedi ki, biz hüququmuzdan istifadə edib torpaqların azad edilməsi üçün əks-hücuma keçsək, Qərb tərəfdən təzyiqlərlə üzləşəcəyik: “Rusiya real diplomatik təzyiq göstərməyəcək, sadəcə, güc təzyiqindən istifadə edə bilər. Qərbdən isə diplomatik, siyasi, iqtisadi təzyiqlərə, o cümlədən sanksiyalara əl atıla bilər. O hazırlığı da həyata keçirsək, deyə bilərik ki, biz hər an müharibəyə tam hazırıq. Arxa cəbhədə siyasi-diplomatik yollarda hazırlıq yoxdursa, əsgərlərimiz nə qədər də uğurla irəli getsə, ümumilikdə Azərbaycan böyük problemlərlə rastlaşa bilər”.
A.İsazadə məsələnin koronovirusla bağlı hissəsinə də münasibət bildirdi: “Mən hesab etmirəm ki, pandemiya sona yaxınlaşır. Sadəcə, birinci dalğanın kritik nöqtəsini keçmişik. Mən buna ümid edirəm. Halbuki son günlərin rəqəmləri bir az vəziyyətin təhlükəyə doğru getdiyini göstərir. Amma biz başa düşməliyik ki, bu pandemiya qurtaran kimi, hansısa təzəsi yaranacaq. Həmçinin COVİD-19-un ikinci dalğası gözlənilir. Şübhəsiz ki, biz bununla ən geci payızda rastlaşacağıq. Amma dünya mətbuatı və virusoloqlar hətta üçüncü dalğanın olacağını bildirirlər. İstisna olunmur ki, bu dalğalar daha güclü ola bilər. Çünki virus mutasiya edir”. Ekspertimiz dedi ki, biz o dalğalara daha hazırlıqlıyıq: “Xəstəxanalarda çarpayılar hazırdır, tibb personalı birinci dalğada hansısa təcrübəyə malik oldu, əhali karantin vaxtı təcrübə yığdı, apteklərimiz maska, spirtlə kifayət qədər təmin olunub. İstehsal da var. Biz ikinci dalğaya texniki baxımdan hazırıq. Amma başa düşməliyik ki, virus daha aqressiv ola bilər. Odur ki, modul tipli xəstəxanaların və çarpayıların artırılmasına ”ehtiyat igidin yaraşığıdır" prizmasından yanaşmalıyıq. Yəni istənilən halda lazım olacaq. Virusa görə lazım olmasa belə, digər məsələlərə görə lazım olacaq. Yəni çarpayıların sayının artırılması komforta gətirib çıxarır. Bizim elə xəstəxanalar var ki, palatada 3-4 nəfər eyni vaxtda yatır. Amma koronovirusla bağlı hazırlanan xəstəxanalarda şərait daha yaxşı olacaq və karantin üçün xəstələrin tək qalmaları nəzərdə tutulur. Bu baxımdan ehtiyatımızın olması yalnız və yalnız işin faydasınadır. Bizim hamımızın evində spirt, təzyiq dərmanı, ya yox var. Bu, o demək deyil ki, bunlar həmişə lazım olur. Sadəcə, ehtiyat üçündür. Dövlətin də ehtiyatında xəstəxanaların olması mühüm əhəmiyyətə malikdir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ