loading...

Abbas Abbasovun qardaşı azadlığa buraxıldı

Abbas Abbasovun qardaşı azadlığa buraxıldıAzərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun həbs altında saxlanılan qardaşı Nadir Abbasov bu gün azadlığa buraxılıb.
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər. Məlumata görə, Abbas Abbasov bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə tövbə məktubu yazaraq bağışlanmasını xahiş edib. Bizdə olan məlumata görə, A.Abbasov dövlət başçısını əmin edib ki, bundan sonra o heç vaxt və heç bir halda ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq, ələlxüsus da Azərbaycan əleyhinə yönəlik siyasi oyunlara qoşulmayacaq.
Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər