Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı
Tarix: 7-05-2020, 17:37
Baxılıb: 597
Google+ Paylaş
Tumblr Paylaş

Ali təhsil müəssisələrində tədris ili uzadılacaq? - Nazir açıqladı

7-05-2020, 17:37

40 minə yaxın tələbə son tədris ilindədir. Onların artıq istehsalat təcrübəsi vaxtı başlayıb. Lakin onların onlayn tədrisə qoşulması məqsədəuyğun olmadı.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, ali təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən müzakirələrdə tədris ilinin uzadılmasına ehtiyac olmadığı qənaətinə gəlinib: "Beləliklə, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur".
Nazir qeyd edib ki, hərbi çağırışa yollanacaq son sinif şagirdlərinin qiymətləndirilməsi iyunda aparılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ