"Lukoil"in vitse-prezidenti koronavirusa yoluxub
Tarix: 7-05-2020, 14:57
Baxılıb: 453
Google+ Paylaş
Tumblr Paylaş

"Lukoil"in vitse-prezidenti koronavirusa yoluxub

7-05-2020, 14:57

"Lukoil" şirkətinin vitse-prezidenti, Moskvanın "Spartak" futbol klubunun sahibi Leonid Fedun koronavirusa yoluxub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Spartak" klubunun mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, 64 yaşlı Leonid Fedun xəstəxanaya yerləşdirlib. Onun sağlamlıq durumu barədə məlumat verilmir.
Qeyd edək ki,  "Forbes" jurnalına görə Leonid Fedun Rusiyanın ən varlı iş adamları siyahısında 20-ci yeri tutur. O, 1991-ci ildə "Lukoil" konserninin yaradılmasında iştirak edib, 1994-cü ildən isə şirkətin vitse-prezidenti vəzifəsindədir. O, eyni zamanda "IFD Capital" qrupunun ortağıdır.
2003-cü ildə Leondi Fedun "Spartak" klubunu alıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ