loading...

Prezident Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentini qəbul edib

Prezident Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentini qəbul edibPrezidenti İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunan Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev mülki aviasiyanın daha da inkişaf etdirilməsinin iqtisadi strategiyamızın çox əhəmiyyətli hissəsi olduğunu deyib. İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd edib.
“Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun dünyada dörd ulduzlu 10 hava limanı arasında olduğunu, ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını, hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini və yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu vurğulayıb.
Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirib.
Qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğulayıb. Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər