loading...

Bakıda sudan kütləvi zəhərlənmə: 15 nəfər xəstəxanaya düşdü

Bakıda sudan kütləvi zəhərlənmə: 15 nəfər xəstəxanaya düşdüXəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub


Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, sakinlər qeyd ediblər ki, hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumilikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir. "Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumilikdə 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər