Dünya miqyasında koronavirusa yoluxma 3 milyon 820 min 656 olub.
Publika.az xəbər verir ki, 265 min 94 nəfər infeksiyadan dünyasını dəyişib. 1 milyon 303 min 97 nəfər sağalıb.
Hazırda 2 milyon 252 min 465 nəfərin müalicəsi davam edir. Onlardan 48 min 208 nəfərin vəziyyəti ağırdır.
Son bir neçə saat ərzində 3 min 274 yeni yoluxma, 257 ölüm qeydə alınıb.