Bu ölkələrdə 30 il sonra yaşamaq mümkün olmayacaq - SENSASİON PROQNOZ
Tarix: 7-05-2020, 09:16
Baxılıb: 837
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkələrdə 30 il sonra yaşamaq mümkün olmayacaq - SENSASİON PROQNOZ

7-05-2020, 09:16

Qlobal istiləşmə fonunda 2050-ci ilə qədər bir sıra ölkələrə dözülməz istilik gələ bilər. Alimlər hesab edir ki, bu, atmosferə karbon dioksidin davamlı şəkildə atılması ilə əlaqədardır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilk növbədə dəyişikliklərin isti ölkələrdə hiss olunacağı gözlənilir. Sonrakı 30 ildə havanın istiliyi yoxsullar üçün həyati təhlükə yarada bilər. Eyni zamanda 30% ölkələrdə orta illik göstəricilər +29 dərəcə selsi səviyyəsinə çatacaq. Bu günə qədər belə göstərici planetin yalnız 1%-də müşahidə olunur.
Alimlər qeyd edib ki, karbon qazının tullantılarının davam etməsi halında bu cür dəyişikliklər qaçılmazdır və Yerin istiləşməsinə səbəb olur. Üstəlik, iqlim dəyişiklikləri bütün planetdə bərabər şəkildə müşahidə olunur.
Təbiətə belə bir antropogen təsir yaxın 30-50 ildə hiss olunacaq. Eyni zamanda alimlər əlavə edib ki, bu, hələ ən yumşaq ssenaridir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ