Qadınlar arasında yoluxma 54 faiz təşkil edir - Agentlik sədri
Tarix: 6-05-2020, 17:53
Baxılıb: 481
Google+ Paylaş
Tumblr Paylaş

Qadınlar arasında yoluxma 54 faiz təşkil edir - Agentlik sədri

6-05-2020, 17:53

Ölkədə ümumi yoluxma sayının 45 faizi paytaxtın payına düşür.
Publika.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, Gəncədə xüsusi karantin rejiminə riayət edilmədiyi üçün yoluxanların sayı artıb: "Yoluxma dairəsi daha çox ailə üzvlərini əhatə edir. Eyni zamanda tibb işçiləri də yoluxma ocağı funksiyasını daşıyır. Gəncədə bu halların hər ikisinə rast gəlinib. Bölgəyə ezam olunan əməkdaşlarımız bu halları aşkarlayıb və qarşısının alınması üçün tədbirlər görür".
O bildirib ki, cənub bölgəsində yoluxmanın yayılması İran sərhədindən ölkəmizə daxil olan insanlardan qaynaqlanır.
Sədr qeyd edib ki, əvvəllər gündə 200-300 test həyata keçirilirdisə, bu gün bu rəqəm 5000 minə çatdırılıb.
Zaur Əliyevin sözlərinə görə, yoluxanlar ən çox 50-59 yaş qrupuna daxil vətəndaşlardır: "Qadınlar arasında yoluxma 54 faiz təşkil edir. Ölənlərdən 43 faizi 60-69 yaş qrupuna daxildir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ