loading...

Milli Təhlükəsizlik Nazirliyindən AÇIQLAMA

Milli Təhlükəsizlik Nazirliyindən AÇIQLAMA"Yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir"

"Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2-ci, 309.1-ci və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar".

Lent.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsinin yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra bildirilir ki, lakin son vaxtlar bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir: "Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir.
Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər