Bu şəxslər heç bir halda işsiz hesab edilmir - Nazir AÇIQLADI
Tarix: 6-05-2020, 14:18
Baxılıb: 458
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslər heç bir halda işsiz hesab edilmir - Nazir AÇIQLADI

6-05-2020, 14:18

Məşğulluq haqqında qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsinə sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və b. daxildir. Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər.
Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
S.Babayev bildirib:
Müraciət edən vətəndaşlardan hansılarının ki, adına aktiv VÖEN var, yaxud əmək, xidməti, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərir, torpaq payı mövcuddur, bunlar barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək, o şəxslərə imtina cavabı verildi. Müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanların da olduğu, belə insanların əslində 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istədikləri məlum oldu. Məsələn, mülkiyyətində 2 və daha çox daşımaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəriclər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ