loading...

Eldar Əzizov əsəbləşdi...

Eldar Əzizov əsəbləşdi...Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbayel rayonunda keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunub.
Səbayel RİH-dən Tezadlar.az-a verilən məlumata görə, yığıncaqda çıxış edənlər cənab prezident tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tərbirlərin görülməsini halların toxunaraq ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı görülən işləri fəal surətdə dəstəklənib.
Qeyd olunub ki, son günlərdə Milli Təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması və bəzilərinin həbsi onu göstərdi ki, ölkədə heç kim məsuliyyətdən və tənqiddən kənarda qala bilməz. Yaranmış vəziyyət onu göstərib ki, cənab prezident tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır.
Zala toplaşanlara müraciət edən Səbayel Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirib ki, bu gün əsas prinsip «…prezidentə sadiq olmaq və qudurmamaq» olmalıdır: “Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar”.
Natiq qeyd edib ki, ədəbi dildə «Qudurmaq» sözü insanlara şamil etmək olmasa da bu harınlamış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək. Həmçinin cavabdeh şəxslərin məsuliyyət məəsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib. Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək.
Toplantıda Eldar Əzizov rayonda həyata keçirilən sosial layihələr, əldə olunan uğurlarla yanaşı 20-ci yaşayış sahəsinin gələcək inkişaf planlarından, burada yaradılacaq yeni infrastruktur layihələrindən və bu istiqamətlə cənab prezidentin tapşırıq və tövsiyələri barədə məlumat verib. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayonun gələcək inkişaf perspektivləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər