SEPAH-ın generalı və iki əməkdaşı öldürülüb
Tarix: 5-05-2020, 19:01
Baxılıb: 696
Google+ Paylaş
Tumblr Paylaş

SEPAH-ın generalı və iki əməkdaşı öldürülüb

5-05-2020, 19:01

İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.
SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.
Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.
Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ