loading...

Yenicə ana olan Aytən Səfərova səhiyyədən nələr dedi

Yenicə ana olan Aytən Səfərova səhiyyədən nələr dediMəşhur telejurnalist Aytən Səfərovanın ana olduqdan sonra ilk fotoları yayılıb. Oktyabrın 17-də oğul anası olan telejurnalistin ikinci dəfə yaşadığı bu sevincinə daha bir xoşbəxtlik qarışıb. O, həm də problemsiz doğuşa görə sevinib və həkimlərə özünəməxsus təşəkkür edib. Həmin təşəkkür statusu teleajurnalistin həm də daxili narahatlığından xəbər verib. Deyəsən, oğul anası olmaq Aytənə o qədər də asan başa gəlməyib?

Açıqlamasında o, hamiləliyindən ciddi narahatlıq hissi keçirdiyini gizlətməyib.

Ilk övladından sonra fasilə verməsi, çəkisi və yaşından dolayı ikinci hamiləliyin həyatı üçün risk daşıdığını düşünüb. Üstəlik, son illər doğuş zamanı baş verən ana və uşaq ölümü hallarının çoxalması narahatlıqlarını daha da artırıb: “Həkimlərin məsuliyyətsizliyi üzündən həm ana, həm də uşaq ölümlərinin sayı artır. Doğuşum Respublika Kliniki Xəstəxanasında baş tutdu. Uğurla, salamat başa çatdığına görə özümü necə xoşbəxt hiss etdiyimi ifadə etmək üçün sözlər kifayət deyil. Respublika Xəstəxanasının doğum şöbəsinin baş həkimi, ginekoloq Zəhra Abbasovaya bir qadın, ana, övlad, vətəndaş kimi böyük təşəkkürümü bildirirəm. Çox şadam ki, Azərbaycan səhiyyəsində gündən-günə çoxalan görməmiş, pasientə potensial pul mənbəyi və təcrübə siçanı kimi münasibət bəsləyən, səhiyyəyə qara ləkə gətirən “həkimlər”in daha çox gözə çarpdığı bir vaxtda, əsl ziyalı, işini bilən peşəkar həkim təbəqəsi də qalmaqdadır. Ömrümdə ilk dəfədir ki, səhiyyədə nədənsə razı qaldım”.

Qeyd edək ki, Aytən Səfərovanın 9 yaşlı bir qız övladı da var.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər