loading...

“Lexus”da öldürülən qardaşların anası: “Hamısı bir qadına görə olub...”

“Lexus”da öldürülən qardaşların anası: “Hamısı bir qadına görə olub...”Bu gün Bakı Aqır Cinayətlər Məhkəməsində Cahid və Cavid Rəhimov qardaşlarını qətlə yetirməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev vəsatət qaldıraraq bildirdi ki, müdafiə etdiyi şəxs talassemiya xəstəsidir: “Zaur Tərlanovun səhhətində problem olduğuna görə o, məhkəmə prosesinə xüsusi maşınla gətirilməlidir. Biz ötən prosesdə də bu məsələni qaldırdıq. Müdafiə etdiyim şəxsi bu gün 10 nəfər dustaqla eyni maşında gətiriblər”.

Hakim M.Bayramov tibbi baxımdan nəzərdə tutulan tədbirlərin görüləcəyini bildirdi. Hakim təqsirləndirilən şəxsdən ad-soyadını və doğum tarixini soruşdu.

Təqsirləndirilən şəxs anket məlumatları ilə bağlı səhvə yol verildiyini dedi: “Adım Zaur deyil, Zeynalabdindir, 1984-cü ildə deyil, 1988-ci ildə anadan olmuşam”.

Təqsirləndirilən şəxsin vəkili Zaur Tərlanovun yaddaşında problemlər olduğunu məhkəmənin nəzərinə çatdırdı.

Vəkilin qaldırdığı digər vəsatət isə14 nəfərin şahid qismində dindirilməsi ilə bağlı oldu.

Vəkil Mehman Əliyev həmin şəxslərin istintaqda dindirilidyini, amma əsas şahidlər siyahısına salınmadıqlarını məhkəmənin nəzərinə çatdırdı: “Həmin şahidlər ifadələrində göstəriblər ki, mərhum Rəhimov qardaşları onlara hədə-qorxu gəliblər, onlarda silah olub”.

Dövlət ittihamçısı hazırkı mərhələdə vəsatətin baxılmamış saxlanılmasını istədi.

Vəkilin vəsatəti zərəçəkmişin hüquqi varisi Nigar Rəhimovanın etirazına səbəb oldu: “Silahı olanın evi dağılsın. O şahidlərin hamısını pul gücünə tutublar. Bu qədər yalan olmaz”.

Zərərçəkmişin nümayəndəsi, vəkil Ceyhun Yusifov qondarma şahidlərin istintaq tərəfindən cəlb edildiyini dedi: “Bu ittiham bəy tərifinə oxşayır. Elə bil hansısa tanınmış şəxsin yaradıcılıq fəaliyyəti araşdırılıb. Cəmiyyət üçün qorxulu olan bir şəxsi mülayim göstərməyə çalışıblar. Bu isə cinayəti törədən şəxsi ədalətli cəzadan yayındırmaq məqsədi daşıyır. Elə bil ki, bu hadisəni hansısa ictimai xadim törədib”.

Məhkəmə prosesi oktyabrın 26-da davam etdiriləcək.

Qətlə yetirilən qardaşların anası Nigar Rəhimova məhkəmə zalında qışqıraraq qətlin bir qadına görə baş verdiyini dedi: “Bütün bunlar bir əxlaqsız qadına görə baş verib. Allah məni niyə belə adamlarla üzləşdirdi? Mən bu uşaqları kirayələrdə böyütmüşdüm. Kim balalarımın qanını batırmaq istəyirsə, ürəyimdən su içsin”.

Qeyd edək ki, hadisə bu il yanvarın 8-də baş vermişdi. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirmişdi.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Z.Tərlanov bank işçisi olub. Qətlə yetirilən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər