Qadının evinə girib atəş açdılar - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Tarix: 5-05-2020, 14:50
Baxılıb: 711
Google+ Paylaş
Tumblr Paylaş

Qadının evinə girib atəş açdılar - Azərbaycanda QƏRİBƏ HADİSƏ

5-05-2020, 14:50

Naməlum şəxslər Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimovanın yaşadığı evə daxil olaraq evin divarında tüfəngdən atəş açaraq hadisə yerini tərk ediblər.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə aprelin 18-də, saat 22 radələrində baş verib. Zərərçəkən bir gün sonra RPŞ-nə müraciət edib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ