Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib
Tarix: 5-05-2020, 13:36
Baxılıb: 736
Google+ Paylaş
Tumblr Paylaş

Deputat kreditlərin ödənilməsində vətəndaşlarla banklar arasında yaranmış problemdən çıxış yolu təklif edib

5-05-2020, 13:36

“İstehlak kreditlərinin ödənilməsində vətəndaşlarla banklar arasında problemlər yaranıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.
O bildirib ki, koronavirusla bağlı dünyada olan təcrübəni öyrənib ölkəmizdə tətbiq etmək olar: “Azərbaycanda əksəriyyətin tez bir anda milyarder olmaq meyli var. Dünyada isə qoyulan sərmayələr 5-10 ildən sonra geri qayıdır. Təklif edirəm ki, əhalinin banklara borcunu indiki həssas dövrdə dövlət ödəsin, 4-5 aydan sonra isə vətəndaşlar banklara olan borcunu ödəyəndə banklar da dövlətin borcunu qaytarsın”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ