loading...

Nəqliyyat naziri Azərbaycandadır, NN rəhbəri haqda xəbər şayiə çıxdı

Nəqliyyat naziri Azərbaycandadır, NN rəhbəri haqda xəbər şayiə çıxdı



Yayılan məlumatlarda o da deyilir ki, guya nazirliyin bir neçə əməkdaşı da dindirilib. Yayılan şayiələrdən biri də, Ziya Məmmədovun guya Azərbaycana qayıtmaq istəməməsidir. Bununla bağlı əməkdaşımızın əldə etdiyi məlumatlarda yayılan məlumatların heç birinin həqiqətə uyğun olmadığını məlum oldu. Etibarlı mənbənin verdiyi məlumata görə, Ziya Məmmədov artıq Azərbaycandadır. O, xaricdən qayıdıb. Lakin nazirin məzuniyyət vaxtı başa çatmadığına görə o, işə çıxmayıb. Üstəlik, Ziya Məmmədov bu gün nazirlikdə də olub. Əməkdaşımızı bilgiləndirən etibarlı mənbə nazirin guya işdən çıxarılması və dindirilməsi ilə bağlı şayiələrin həqiqətə uyğun olmadığını da əlavə etdi: “Nəqliyyat nazirinin guya Azərbaycana qayıtmaq istəməməsi barədə “məlumatlar” əvvəlki “xəbərlər” kimi şayiədir. Ziya Məmmədov Azərbaycandadır. Onun məzuniyyət vaxtının bitməsinə hələ 4 gün qalır. Ziya Məmmədov bu gün nazirlikdə idi. Üstəlik, nazirin işdən çıxarılması xəbəri də yalandır. Ziya Məmmədov haqqında heç bir sərəncam verilməyib”.











Beləliklə nəqliyyat naziri haqqında yayılmış növbəti “xəbərlərin” həqiqətə uyğun olmaması bird aha təsdiqləndi. O da təsdiq edildi ki, bəzi şəxslər bu barədə şayiələri, dezinformasiyaları mətbuata qəsdən, sifarişlə ötürür. Ucuz sensasiya dalınca qaçan bəzi saytlar isə bu yalanları tirajlamaqla ayrı-ayrı şəxslərin əllərində vasitəyə çevrilirlər. Əvvəla, hər hansı naziri, komitə sədrini işdən çıxarmaq birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Məmuru vəzifəyə təyin etmək də, vəzifədən kənarlaşdırmaq da ölkə başçısının səlahiyyəti daxilindədir. Görünür bəzi şəxslərin iddiaları o qədər də çoxdur ki, hətta prezidentin səlahiyyətindən də artıq “səlahiyyətl”ə malik olmaq istəyirlər. Belələri ölkə başçısının adında sui-istifadə edir, mətbuatda hansısa yüksək vəzifəli şəxsləri “işdən çıxarır”, işə “qaytarırlar”.







Bir sıra mətbu orqanları isə prezidentin səlahiyyətində olan məsələlərə belə müdaxilə etməyə çalışan bu qüvvələrin əlində təbliğat alətinə çevrilirlər. Qeyd edək ki, etibarlı mənbəmizin məlumatını nazirlik rəsmisi də təsdiqləyib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında yayılan məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirib. Nazirlik rəsmisi deyib ki, hazırda Ziya Məmmədov məzuniyyətdədir və oktyabrın 23-də yenidən işinə qayıdacaq: “Ziya Məmmədov işdən çıxmayıb. Onun saxlanılması və dindirilməsi barədə yayılan söhbətlər də yalandır. Namiq Həsənov da hazırda iş başındadır. Nazirin və mənin barədəmdə yayılan məlumatlar tam yalandır. Hərə istədiyini yazır. Kimin nə sualı varsa nazirliyə rəsmi müraciət etsin”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər