"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir” – Baş infeksionist
Tarix: 4-05-2020, 17:04
Baxılıb: 801
Google+ Paylaş
Tumblr Paylaş

"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir” – Baş infeksionist

4-05-2020, 17:04

"Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".
Bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: "Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".
Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər. (qaynarinfo)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ