Beyləqanda ərazi icra nümayəndəsi “DOST İş Mərkəzi”ndən əmək haqqı alanlardan necə qazanır?
Tarix: 4-05-2020, 16:32
Baxılıb: 923
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanda ərazi icra nümayəndəsi “DOST İş Mərkəzi”ndən əmək haqqı alanlardan necə qazanır?

4-05-2020, 16:32

Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə rüşvətə, korrupsiyaya bulaşmış icra başçılarını, icra nümayəndələrini və digər vəziəfli şəxsləri həbs etməkdə davam edir. Dövlətinə, xalqına, prezidentinə xəyanət edən korrupsioner məmurların cəzalandırılması isə vətəndaşlarımız tərəfindən alqışlanır. İnanırıq ki, Dövlət Təhlükəsizlik Xidməti yaxın aylarda Beyləqan rayonunda vəzifə daşıyan korrupsioner məmurlarıda cəzalandıracaq. Dövlətin vətəndaşları üçün ayırdığı vəsaitləri atalarının malı kimi mənimsəyən bu harınlamış məmurlar təmizlənməyə qədər Azərbaycanımıza rifah yoxdur.
“Beyləqan News” səhifəsinə daxil olan məlumata görə korrupsioner məmurlardan biri də Dünyamalılar kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyevin olduğu bildirilir. Bildirilir ki,  Mürşüd Xudaverdiyevin adı hər zaman qalmaqallarda çəkilib. Vaqif Abdullyevin başçılığı dönəmində isə M. Xudaverdiyevin kəsdiyi başa, necə deyərlər, sorğu – sual olmayıb. Yəni, qılıncının dalı da, qabağı da kəsib.
RealMedia.az xəbər verir ki, “Beyləqan News” yazır ki, Mürşüd Xudaverdiyev “DOST İş Mərkəzi” MMC tərəfindən işələ təmin olunan 30 (otuz) vətəndaşdan hər ay 50 (əlli) manat hesab yığır. Yəni, Dünyamalılar kəndində yaşayan 30 işsiz sakinin “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunması üçün həm əvvəlcədən pul alır işlə təmi edir, həm də ki, onlardan aylıq haqq alır. Əslində kənd sakinlərinin işlə təmin olunması rayon icra başçısının göstərişi ilə olub. Başçı hər dəfə Dünyamalılar kəndində gələndə işsiz sakinlərin işlə təmin edilməsinə göstəriş verib. Bundanda sui-istifadə edən Mürşüd Xudaverdiyev sakinlərin adını “DOST İş Mərkəzi” MMC-ya yazdırmaqla onlardan aylıq haqq alır.
Təkcə bu korrupsiya faktı Mürşüd Xudaverdiyevin həbs olunmasına kifayət edir.
Onuda qeyd edək ki, Dünyamalılar kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyevin digər qardaşı Misir Xudaverdiyevdə Beyləqan rayon Uşaq-Gənclər İdman Məktəbi Direktoru vəzifəsini tutur. Misir Xudaverdiyevində korrupsiya əməllərinə görə qardaşından heçdə geri qalmadığı deyilir. Belə ki, Beyləqan rayon Uşaq-Gənclər İdman Məktəbində Misir müəllimin xeyli sayda qohumu, ailə üzvüləri, tanışları işləyir. Adı olub özləri evdə olan işçilərin əmək haqqı kartları isə Misir Xudaverdiyevin cibindədir.
Yaxın günlərdə Beyləqan rayon Uşaq-Gənclər İdman Məktəbində Misir müəllimin qohumlarının siyahısını təqdim edəcəyik. Bizi izləməkdə davam edin….
RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ