Ötən gecə Respublika Seysmoloji Xidmət Mərkəzinin Gəncə stansiyasından 45 kilometr şimalda - Samux rayonu ərazisində 4,3 bal maqnitudalı zəlzələ baş verib.
Publika.az Mərkəzə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Qeyd edək ki, zəlzələ bir sıra rayonlarda hiss edilib.
*****
00:33
Bu gün saat 00 radələrində Azərbaycanın bir sıra rayonarında zəlzələ hiss edilib.
Publika.az xəbər verir ki, yeraltı titrəyişlər Qərb, Şimal-Qərb və Şirvan bölgəsində hiss edilib.
Yerli sakinlər 3-4 bal gücündə yeraltı titrəyişlərin oduğunu bildiriblər.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş vermiş zəlzələ ilə bağlı məlumat yayması gözlənilir.