Elmar Məmmədyarovun Vendi Morton ilə onlayn görüşü baş tutub
Tarix: 2-05-2020, 06:06
Baxılıb: 645
Google+ Paylaş
Tumblr Paylaş

Elmar Məmmədyarovun Vendi Morton ilə onlayn görüşü baş tutub

2-05-2020, 06:06

Xarici İşlər naziri Elmar Məmmədyarovun Böyük Britaniya Xarici İşlər Nazirliyində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini (Avropa Qonşuluğu və Amerika üzrə nazir müavini) Vendi Morton ilə onlayn görüşü baş tutub.
Musavat.com xəbər verir ki, görüşün əvvəlində Nazir E.Məmmədyarov V.Mortonu yeni təyinatı münasibətilə təbrik edib.
Sonra tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir onlayn görüşü baş tutubsıra məsələləri müzakirə ediblər.
Hazırki qlobal vəziyyətə toxunan tərəflər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi aparıb.
Həmçinin Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırki mərhələsi ilə bağlı həmsöhbətini maraqlandıran sualları cavablandırıb.

V.Morton, öz növbəsində ölkəsinin münaqişə ilə bağlı mövqeyinin bəlli olduğunu bildirdi və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha qeyd edib.
Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, bu xüsusda enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ