Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident oldu
Tarix: 2-05-2020, 00:52
Baxılıb: 624
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident oldu

2-05-2020, 00:52

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində insident baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, kənddə koronavirusa yoluxan şəxslərin klinikaya aparılması sakinlərin etirazına səbəb olub.
Sakinlər təcili tibbi yardım həkimləri və polis əməkdaşlarına müqavimət göstəriblər. Qarşıdurma zamanı Bolnisinin icra başçısının kənd üzrə nümayəndəsinin avtomobili daşa tutulub.
Hadisə zamanı xəsarət alan olmayıb. Həkimlər və polis əməkdaşları kəndi tərk ediblər.
COVID-19 infeksiyasının təsdiqləndiyi 10 nəfər hazırda kənddə qalır. Onların xəstəxanaya çatdırılması ilə bağlı danışıqlar aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ