loading...

Şəkidə məzarları təhqir edənlər tutuldu

Şəkidə məzarları təhqir edənlər tutulduKənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki polisinə müraciət daxil olub

Şəkidə qəbiristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər edən rayon sakinləri həbs edilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i rayonun Baş Göynük kənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, üzərində ərəbcə yazı olan qədimi qəbirin dağıltmaqla və oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki ŞRPŞ-ə müraciət daxil olub.

Müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Baş Göynük kənd sakinləri 1956-cı il təvəllüdlü, Məmməd Həmid oğlu İsmayılov və 1972-ci il təvəllüdlü Çingiz Abdulrəhman oğlu Abdulrəhmanovun olduğu müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər