Türk kinosunun məşhur siması – Tanımadığımız azərbaycanlı aktrisa
Tarix: 30-04-2020, 11:14
Baxılıb: 2 065
Google+ Paylaş
Tumblr Paylaş

Türk kinosunun məşhur siması – Tanımadığımız azərbaycanlı aktrisa

30-04-2020, 11:14

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Başak Sayandan danışırıq.
Başak Sayan 1977-ci il iyunun 17-də Ankarada doğulub. Aktrisanın atası Azərbaycan əsillidir. O, hərbçi atası Sözer Sayan və alman dili müəllimi olan anası Lətifə Sayanın ilk övladıdır. Özündən üç yaş kiçik olan qardaşı Ozandan 12 il sonra əkiz bacıları – Anıl və Çağrı dünyaya gəlib.
Atasının hərbçi olmasından dolayı Başak Sayanın uşaqlığı hərbi hissələrdə keçmiş, nəticədə hərbi nizam-intizamın sərt prinsiplərindən öz nəsibini almışdı.
Kiçik yaşlarından aktrisa və yazar olmaq xəyalları quran Başak Sayan oxuduğu məktəblərin mədəni tədbirlərində fəal iştirak edir, hekayələr yazaraq özünü ifadə etməyə çalışır. Bununla yanaşı, orta məktəb illərində basketbolla maraqlanır.
1995-ci ildə İstanbula gələn Başak Sayanın həyatı tamam dəyişir. Universitetdə iqtisadçı ixtisasına yiyələnən Başak Sayan bir tərəfdən də, xərclərini ödəyə bilmək üçün iş axtarır və bu məqsədlə “Star” TV-yə müraciət edir. İlk müraciətinin səhəri günü telekanalda işə başlayır. O, televiziyada musiqi və qadınlarla bağlı proqramlar hazırlayır. Həmin illərdə reklamlarda da rol alırdı. Bu dönəmdə rol aldığı bir bədii film onun kino dünyasına qapılarını açır və dönəmin səs-küy yaradan “Fırat” serialında səhnə alır.
2000-ci ildə əsas istəyinin kino olduğunu bilir və ard-arda seriallarda rol almağa başlayır. 2004-cü ildə rol aldığı “Gurbet kadını” adlı serialla Türkiyə və Azərbaycan tamaşaçısı onu daha yaxşı tanıyır. 2006-cı ildə rol aldığı “Geniş zamanlar” və “Yaprak dökümü” adlı seriallar reytinqini daha da yüksəyə qaldırır.
Başak Sayan həm də yazıçıdır, uşaqlıqdan bəri yazır. Canlandırdığı obraz kimi bədii əsərləri də, həyatı sorğulayan, həqiqətlər üzərində insanı düşündürən mətnlərdir. 2010-cu ildə yazı dünyasında da özünü göstərir. Həmin il yayımladığı “Aşk ve baştan çıkarma üzerine” adlı kitabından sonra “Akşam” qəzetində köşə yazarlığına başlayır. 2011-ci ildə ilk romanı “Bağlanma korkusu”nu yayımlayır.
2014-cü ildə ABŞ-da tanış olduğu iqtisadçı Murad Vardalla Vaşinqtonda evlənir, bir müddət Amerikada yaşadıqdan sonra 2015-ci ildə İstanbula qayıdır.
2015-ci ildə nəşr etdirdiyi ikinci romanı “Kelebeğin kaderi” həmin il Türkiyədə ən çox satılan kitablardan biri olur.
Uzun illər Şərq fəlsəfəsini araşdıran Başak Sayan dini baxışı universaldır. 2004-2009-cu illərdə astronomiya və astrologiya təhsili alan Başak hermetizm fəlsəfəsini mənimsəyir.
Başak Sayan ayrı-ayrı dövrlərdə “Milat”, “Harem”, “O kadın”, “Gizli patron”, “Yaprak dökümü”, “Hacı”, “Nekrüt”, “Şifre” və s. kimi ekran əsərlərində rol alıb. Bir çox filmin ssenari müəllifidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ