Lavrov cavab gözləyir, Nikol yalan danışır, Ermənistanda küçə döyüşü gedir... Cənubi Qafqaz29 Aprel 2020 15:05
Tarix: 29-04-2020, 16:10
Baxılıb: 1 596
Google+ Paylaş
Tumblr Paylaş

Lavrov cavab gözləyir, Nikol yalan danışır, Ermənistanda küçə döyüşü gedir... Cənubi Qafqaz29 Aprel 2020 15:05

29-04-2020, 16:10

Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin hakimiyyətin oliqarxiya rejimi, rüşvətxorluq və cinayətkarlığa qarşı mübarizə apardığına dair bəyanatı erməni ictimaiyyəti tərəfindən rədd edilib.

Publika.az
xəbər verir ki, erməni politoloq Aqasi Yenokyan son 2 il ərzində Paşinyan hakimiyyətinin korrupsiyaya qarşı heç bir cinayət işi açmadığını bildirib: “Əks təqdirdə, məhkəmənin qərarları olmalı idi”.

Yenokyan son iki gündə baş verənləri xatırladıb və Paşinyanın əslində heç nə etmədiyini qeyd edib: “Lavrov Nikoldan Qarabağ münaqişəsinin nizama salınması və Ermənistan-Rusiya münasibətləri haqqında cavab gözləyir; Minlərlə vətəndaş elektriksiz qaldı; Qaverdə əsl döyüş oldu, içində polis rəisi də olmaqla 4 qurban var; UCOM səhmdarları bildirirlər ki, hakimiyyət bizneslərini əllərindən almaq istəyir”.

Erməni politoloq hakimiyyətin reaksiyasına da toxunub.

“Lavrova cavab yoxdur, yəni Nikol qəbul edir ki, yalan danışırdı. Nikol kommunal ödənişlər haqqında bildirdi ki, ödəməmək olar, amma dəqiq demədi, yəni yenə yalan danışdı. Hakimiyyət ölkənin problemləri ilə tanış deyil, proseslərə adekvat reaksiya vermirlər, daima yalan danışırlar, bu çətin dövrdə şou çıxarmaqdan başqa heç nə bacarmırlar. İnsanlar problem içindədir və bu, proseslərin küçələrə köçürülməsini qaçılmaz edəcək”, - Yenokyan bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ