Sevgilisini qaçırmaq üçün elə bir üsula əl atdı ki... - AĞLASIĞMAZ OLAY
Tarix: 29-04-2020, 15:45
Baxılıb: 770
Google+ Paylaş
Tumblr Paylaş

Sevgilisini qaçırmaq üçün elə bir üsula əl atdı ki... - AĞLASIĞMAZ OLAY

29-04-2020, 15:45

Türkiyənin İstanbul şəhərində qeyri-adi və bir o qədər də maraqlı hadisə baş verib.
Publika.az xəbər verir ki, H.A. adlı gənclə 24 yaşlı sevgilisi E.B. arasında mübahisə yaranıb.
E.B. münasibətlərinə bir müddət fasilə vermək istəyib. Lakin H.A. buna razı olmayıb. E.B İstanbul Ailə Məhkəməsinə müraciət edərək sevgilisinin onu narahat etdiyini bildirib və haqqında uzaqlaşdırma qərarı çıxarılıb.
Koronavirus pandemiyasını fürsət bilən H.A. saxta qeydiyyat nişanlı ambulans və həkimlərin istifadə etdiyi cərrahiyyə geyimi təşkil edərək sevgilisinin evinə gedib. Qapını E.B-nın əmisi açıb. Bunu görən H.A. özünü itirməyib və “qardaşınız qızının sevgilisində koronavirus aşkarlanıb. Buna görə onu da testdən keçirmək üçün karantinə almalıyıq” deyib. E.B. evdən tələsik halda çıxıb və ambulansa minib. O, yalnız yolda həkimin keçmiş sevgilisi olduğunu anlayıb. Ağlayaraq “ailəm məni test üçün xəstəxanada gözləyir” deyib və maşından düşüb. Dərhal polisə üz tutub və keçmiş sevgilisini şikayət edib.
Faktla bağlı araşdırma başladılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ