Tovuz sakinlərində narkotik maddə aşkarlanıb - VİDEO
Tarix: 28-04-2020, 17:56
Baxılıb: 1 256
Google+ Paylaş
Tumblr Paylaş

Tovuz sakinlərində narkotik maddə aşkarlanıb - VİDEO

28-04-2020, 17:56

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılaraq RPŞ-yə gətirilib.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 0.283 qram çəkidə narkotik vasitə olan “metamfetamin” aşkar olunaraq götürülüb. E. Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyən edilərək saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyul ayından bu günə qədər Tovuz və Şəmkir rayonlarında ümumilikdə 6 oğurluq hadisəsi törətmələri də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1(1).JPG (40 KB)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ