Karantini pozaraq həbs edilən sürücülərlə görüş keçirildi ( FOTO VİDEO)
Tarix: 28-04-2020, 12:52
Baxılıb: 974
Google+ Paylaş
Tumblr Paylaş

Karantini pozaraq həbs edilən sürücülərlə görüş keçirildi ( FOTO VİDEO)

28-04-2020, 12:52

İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-ə Biləvasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.
Qeyd edək ki, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcud karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb.
Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həsas və diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyyə ediblər.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ